Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVt/saat, yəni 0,9 % artaraq 28 657,5 mln. kVt/saat olub.
Energetika Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu dövrdə İstilik Elektrik Stansiyalarda 24 823,4 mln. kVt/saat, Su Elektrik Stansiyalarda 2 842,5 mln. kVt/saat, digər mənbələr üzrə isə 991,6 mln. kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 169,7 mln. kVt/saat, günəş elektrik stansiyalarında 599,8 mln. kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.
2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 mln. kVt·st artımla 769,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2025-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 591,8 mln. kVt/saat (İES-lərdə 22 703,6 mln. kVt/saat, SES-lərdə 2 827,1 mln. kVt/saat, GES-lərdə 61,1 mln. kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27 mln. kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 3 038,7 mln. kVt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1 147,3 mln. kVt/saat, idxalı isə 177,2 mln. kVt/saat olub.
Bakı 




