• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

CƏMİYYƏT

13 Fevral 2026 | 12:12

48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

Ötən ay Azərbaycanda 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin maddələrinə əsasən protokollar tərtib edilib.


SON XƏBƏRLƏR

12 Fevral 2026