“Yeni yaradılmış bütün bələdiyyələrin nizamnamələri, ölkə üzrə bələdiyyələrin birləşməsi nəticəsində yenidən formalaşması nəzərə alınaraq, Ədliyyə Nazirliyinin metodoloji dəstəyi ilə hazırlanıb və bələdiyyə iclaslarında təsdiq edilib.”
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət orqanının 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı məlumat verib.
Nazir müavini vurğulayıb ki, görülmüş tədbirlər nəticəsində həmin nizamnamələrin Hüquqi Aktların dövlət reyestrinə daxil edilməsi təmin olunub.
Əli Hüseynov
Bakı 




