• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Bələdiyyələr icra sənədlərini elektron qaydada icraya yönəldir

CƏMİYYƏT

13 Fevral 2026 | 11:30

Bələdiyyələr icra sənədlərini elektron qaydada icraya yönəldir

“Azərbaycan Respublikasının 16 may 2025-ci il tarixli müvafiq Qanunu ilə Mülki Prosessual Məcəlləyə və “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr icra sənədlərini ‘Elektron icra’ informasiya sistemi vasitəsilə icraya yönəldə bilirlər.”

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət orqanının 2025-ci il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, bələdiyyələr üçün “Elektron icra” informasiya sistemində elektron kabinetlər yaradılıb, və sənədlər həmin kabinet vasitəsilə operativ şəkildə icraya göndərilə bilir.

Nazir müavini bildirib ki, 2025-ci il ərzində debitor borcların ödənilməsi ilə bağlı bələdiyyələr tərəfindən qəbul edilmiş 9696 inzibati akt icra məmurları tərəfindən icraata qəbul olunub.

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Fevral 2026