• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

"Sevgililər günü"nün HAVASI

CƏMİYYƏT

13 Fevral 2026 | 12:20

Sevgililər gününün HAVASI

Azərbaycanda fevralın 14-də havanın temperaturu 20 dərəcəyə çatacaq.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 750 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.


SON XƏBƏRLƏR

12 Fevral 2026