• Bakı 11° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Şəhidin tabutu önündə qurban kəsdirən anası VƏFAT ETDİ - FOTO

CƏMİYYƏT

13 Fevral 2026 | 12:01

Şəhidin tabutu önündə qurban kəsdirən anası VƏFAT ETDİ - FOTO

Vətən uğrunda canından keçmiş şəhid gizir Telman Kəlbiyevin anası Dilşad Kəlbiyeva dünyasını dəyişib.

Bakıvaxtı.az Oxu.az-a isitnadən xəbər verir ki, şəhid anası bu gün həyatını itirib.

Xatırladaq ki, 2023-cü ildə Dilşad Kəlbiyevanın evdə tək olmasından xəbər tutan maskalı şəxslər mənzilə daxil olmuşdular. Həmin şəxslər qadını bıçaqla hədələyərək evdə olan 800 manat məbləğində vəsaiti ələ keçirib qaçmışdılar.

Sözügedən hadisə zamanı D.Kəlbiyevanın evdə tək olmasının səbəbi, onun oğlunun xatirəsini əziz tutmaq üçün rayondakı evlərində tənha yaşamağa üstünlük verməsi idi.

Xatırladaq ki, T.Kəlbiyevin nəşi Vətən müharibəsi bitəndən xeyli müddət sonra aşkar edilərək ailəsinə təhvil verilmişdi. Oğlunun Murovdağ istiqamətində tapılan nəşini yaşadığı Neftçalada qarşılayan anası onun tabutu önündə qurban kəsdirməklə ölkəni qəhərə boğmuşdu.


SON XƏBƏRLƏR

12 Fevral 2026