• Bakı 12° C

    1.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

BDU ilə bağlı VACİB XƏBƏR - Tələbələr köçürülür... 

CƏMİYYƏT

14 Yanvar 2026 | 12:43 | Müəllif: Əli Hüseynov

BDU ilə bağlı VACİB XƏBƏR - Tələbələr köçürülür...

Bakı Dövlət Universitetinin (BDU) təmirə bağlanacaq 1 saylı tədris korpusunun tələbələrinin müvəqqəti olaraq hansı universitetlərə köçürüləcəkləri məlum olub.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, tələbələr təhsillərini müəyyən müddət ərzində Odlar Yurdu və ləğv edilmiş Asiya Universitetlərində davam etdirəcəklər. Təhsilalanlar artıq bu barədə məlumatlandırılıb.

Yeni semestrdən daha çox tələbəsi olan Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültələri Odlar Yurdu Universitetinə, Hüquqşünaslıq və Filologiya fakültələri isə Asiya Universitetinə yerləşdiriləcək.

Qeyd edək ki, BDU-nun təmiri ilə bağlı elan edilən 23 milyon manatlıq tenderin qalibi “Koneks Construction” MMC olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026
03 Oktyabr 2026