• Bakı 26° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Oğurluq edən 2 nəfər saxlanıldı

HADİSƏ

14 Yanvar 2026 | 13:13

Oğurluq edən 2 nəfər saxlanıldı

Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxs vətəndaşlardan birinin 2 ədəd notbukunu, digər zərərçəkənin isə 300 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən 38 yaşlı U.Orucovu müəyyən edərək saxlayıb.

Belə ki, Binə qəsəbəsində keçirilən tədbir nəticəsində isə satıcının alış-veriş edən digər müştərilərə diqqət yetirdiyini görüb mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı S.Mirzəyev də saxlanılıb.

Hər iki fakt üzrə araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Iyul 2026
11 Iyul 2026