Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun doğum günüdür. Onun 66 yaşı tamam olur.
Bakıvaxtı.az xəbər verir ki, Vasif Yusuf oğlu Talıbov 14 yanvar 1960-cı ildə anadan olub. O, 16 dekabr 1995-ci ildən 21 dekabr 2022-ci ilə kimi Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışıb. Vasif Talıbov 30 ilə yaxın Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Vasif Talıbovun övladları atasının doğum gününə laqeyd qalmayıblar. Keçmiş sədrin oğlu Rza Talıbov onu özünün sosial media hesabında təbrik edib. Oğul Talıbov ad günündə atasının şəklini paylaşaraq belə yazıb: “Əziz atam, doğum günün mübarək!”.
Hazırda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışan Rza Talıbovun təbrikini 1500-dən çox adam bəyənib, 600-ə yaxın insan şərh yazıb. Onlar da ata Talıbovun ünvanına xoş sözlər yazmağa xəsislik etməyiblər. Vasif Talıbovu hətta “Naxçıvanın qurucusu” adlandıranlar da olub.
Maraqlı məqam isə odur ki, bəzi facebook istifadəçiləri Rza Talıbovdan onların salamlarını atalarına çatdırmağı xahiş ediblər.
Təbrik yazanların arasında onlarla insanın Vasif Talıbova “canab sədr” deyə müraciət etməsi diqqətdən yayınmayıb.
Bakı 





