• Bakı 10° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Azərbaycan və Ermənistan nümayəndələrinin İrəvanda görüşü başlayıb

SİYASƏT

13 Fevral 2026 | 14:28

Azərbaycan və Ermənistan nümayəndələrinin İrəvanda görüşü başlayıb

Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa öz işinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edilib ki, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın ictimai fəallarının iştirakı ilə İrəvanda keçiriləcək dəyirmi masa iki gün davam edəcək.

    Qeyd edək ki, ötən il 22 oktyabrda İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Daha sonra Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup 2025-ci ilin 21 noyabr tarixində Azərbaycan paytaxtına səfər edib.


    SON XƏBƏRLƏR