Ukrayna prezidenti Vlodomir Zelenski Avropa vəsaitləri hesabına Amerika silahlarının alınmasında çətinliklər olduğunu bildirib.
Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, o, silah alışı ilə yaranan fikir ayrılığının müəyyən çətinliklər yaratdığını qeyd edib.
"Tərəfdaşlarımızla bütün müqavilələrin real və vaxtında həyata keçirilməsi vacibdir. Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı (PURL) proqramının yerinə yetirilməsi lazımdır və yanvar ayında kifayət qədər iş görülməyib", - deyə prezident vurğulayıb.
Xatırladaq ki, Almaniya və Hollandiya Ukraynanın Aİ krediti hesabına Amerika silahlarını ala biləcəyi ilə bağlı Fransa ilə razılaşmır. Paris NATO daxilində artan fikir ayrılığı fonunda Ukrayna üçün Amerika silah alışını azaltmağı və Avropa şirkətlərinə müqavilələr bağlamağı müdafiə edir.
Gülşən Şərif
Bakı 




