• Bakı 21° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusların Rumıniyaya girişi qadağan edildi

DÜNYA

14 Yanvar 2026 | 17:18 | Müəllif: Gülşən Şərif

Rusların Rumıniyaya girişi qadağan edildi

2026-cı il yanvarın 1-dən etibarən Rusiya vətəndaşlarının Rumıniyaya daxil olmaq üçün 10 illik biometrik pasporta ehtiyacı olacaq.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Konstansadakı Baş Konsulluğu bəyanat yayıb.

Bəyanata görə, 5 illik pasporta malik Rusiya vətəndaşlarının Rumıniya sərhədini keçməkdən imtina etməsi halları ilə əlaqədar olaraq 1 yanvar 2026-cı il tarixindən etibarən ölkəyə daxil olmaq üçün biometrik (10 illik) pasport tələb olunacaq.

Almaniya həmçinin 1 yanvar 2026-cı il tarixindən etibarən beş illik biometrik olmayan pasportlara malik rusların ölkəyə girişini qadağan edib. 

Çexiya, Danimarka, Estoniya, Fransa, İslandiya, Latviya və Litva da köhnə rus pasportlarını tanımır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR