• Bakı C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

“Brend saat” satdığını deyərək dələduzluq etdi - Saxlanıldı

HADİSƏ

14 Yanvar 2026 | 17:20

“Brend saat” satdığını deyərək dələduzluq etdi - Saxlanıldı

Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orjinal olmadığı ortaya çıxıb.

Bu yolla vətəndaşın 5200 manatı ələ keçirilib. Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.İsmayılovu saxlayıb.

Rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində isə talama cinayətinin qarşısı alınıb. Müştərinin mağazadan oğurluq etməyə cəhd göstərdiyindən şübhələnən satıcılar dərhal polisə məlumat verib və şübhəli bilinən 42 yaşlı A.Abışova saxlanılıb.

Araşdırmalar aparılır.


SON XƏBƏRLƏR