• Bakı C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Azərbaycanda dublyaj sənayesi inkişaf etdiriləcək

MƏDƏNİYYƏT

14 Yanvar 2026 | 17:25

Azərbaycanda dublyaj sənayesi inkişaf etdiriləcək

Filmlərin dublyajı ekosisteminin təkmilləşdirilməsi aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2026-2028-ci illərdə beynəlxalq təcrübənin öyrənilməsini, mövcud vəziyyətin təhlilini, filmlərin dublyajına dəstək mexanizmləri ilə bağlı təkliflərin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini və yekunda dublyaj sənayesinin inkişafını təmin etməlidir.


SON XƏBƏRLƏR