• Bakı C

    11.86 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Bu yolla vətəndaşların məlumatlarının ələ keçirilməsi hədəflənir - XƏBƏRDARLIQ

CƏMİYYƏT

14 Yanvar 2026 | 15:49

Bu yolla vətəndaşların məlumatlarının ələ keçirilməsi hədəflənir - XƏBƏRDARLIQ

Son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosial şəbəkələr və messengerlər vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılmaqdadır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, xüsusilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi PHŞ-yə məxsus “myGov” portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir. Sözügedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (bundan sonra Mərkəz) tərəfindən bu kimi saxta domenlərin bir neçəsi müəyyən edilərək müvafiq qurumlarla birgə ölkə üzrə bloklanması təmin edilmişdir. Eyni zamanda, həmin saxta domenlər Mərkəzin “Blacklist.gov.az” platforması vasitəsilə də ictimaiyyətə təqdim olunub.

"Vətəndaşlara saxta domenlər aşkar etdikdə bu barədə məlumatı Blacklist.gov.az – vətəndaşların saxta domenlərdən qorunması platformasına əlavə etmələri, saxta saytlardan qorunmaq məqsədilə öz brauzerlərində platformanın müvafiq genişlənməsindən istifadə etmələri, eləcə də şübhəli sayt və keçidlərə qarşı diqqətli olmalarını tövsiyə edirik", - deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR