Danimarka Müdafiə Nazirliyi Qrenlandiyaya hərbi texnika və silahlı briqada göndərib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı "Danimarka Radiosu" yayıb.
Ada daha böyük qoşun hissələrini qəbul etməyə hazırlaşır.
Həmçinin nəşr bazar ertəsi Nuukda eniş edən Müdafiə Nazirliyinə məxsus "Challenger" təyyarəsinin fotoşəkillərini dərc edib. Lakin Silahlı Qüvvələr Komandanlığı məlumatla bağlı şərh verməkdən imtina edib.
Yanvarın 13-də Danimarka müdafiə naziri Troels Lund Poulsen Qrenlandiyada daha geniş hərbi mövcudluq planlarını açıqlayıb. Nazir, həmçinin qeyd edib ki, 2026-cı ildə Qrenlandiyada digər NATO ölkələri ilə təlimlər keçiriləcək./Oxu.Az
Bakı 




