• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9795

    RUB - 2.1559

Putin braziliyalı həmkarı ilə Venesueladakı vəziyyəti müzakirə etdi

DÜNYA

14 Yanvar 2026 | 20:11

Putin braziliyalı həmkarı ilə Venesueladakı vəziyyəti müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin Braziliya Prezidenti Lula da Silva ilə telefonla danışıb.

Bakıvaxtı.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, liderlər Venesueladakı vəziyyəti müzakirə ediblər.

Putin və Lula da Silva Rusiya və Braziliyanın Bolivar Respublikasının dövlət suverenliyinin və milli maraqlarının təmin edilməsi ilə bağlı ortaq prinsipial yanaşmalarını vurğulayıblar.

Tərəflər Latın Amerikasında və digər regionlarda gərginliyin azaldılmasına nail olmaq üçün səyləri əlaqələndirməyə davam etmək barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR