Ukraynada paytaxt Kiyevə endirilən hava zərbələri zamanı daha bir neçə azərbaycanlının mülki zərər görüb.
Bakıvaxtı.az Bakupost az-a istinadən xəbər verir ki, zərbələr zamanı Kiyevin azərbaycanlı sakinləri – Şamil Əlizadə, Mərifət Mərdanov və Rəsul Mirzəyevin evləri ciddi zərər görüb, Elxan Qarayevin isə restoranı tamamilə dağılıb.
Xoşbəxtlikdən həmyerlilərimiz arasında xəsarət alan olmayıb. Paytaxtda azərbaycanlıların mülklərinin bərpası ilə elə həmyerlimiz Akif Dadaşovun rəhbərliyi ilə qrup məşğul olur.
Akif Dadaşov bildirib ki, hər il ərzində onlarla belə azərbaycanlının evi və ya mülkləri zərbələrə məruz qalır, onların bərpasında yardımçı olurlar.
Bakı 



