Rusiya Prezidenti Vladimir Putin Rusiya və Hindistan hökumətləri arasında hərbi qulluqçuların, eləcə də hərbi gəmilərin və təyyarələrin qarşılıqlı olaraq bir-birinin ərazisinə göndərilməsi qaydasına dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, saziş təkcə hərbi heyətin və texnikanın göndərilməsini deyil, həm də onların maddi-texniki təminatını tənzimləyir.
Müəyyən edilmiş qayda birgə təlimlər və məşqlər zamanı, humanitar yardım göstərilməsi, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılması, eləcə də razılaşdırılmış digər hallarda tətbiq olunacaq.
Sənədin ratifikasiyası iki ölkənin hava məkanından qarşılıqlı istifadəni, həmçinin Rusiya və Hindistanın hərbi gəmilərinin bir-birinin limanlarına daxil olmasını sadələşdirir.
Bundan əlavə, saziş dövlətlər arasında hərbi sahədə əməkdaşlığı möhkəmləndirir.
Bakı 



