“Bacım gecə saat 4-ün yarısı mənə zəng edib, “özümü çox pis hiss edirəm, anama tez gəlməsini söylə” dedi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Ülkər Yaşarqızı bacısı Ülviyyə Yaşarqızının ölümü ilə bağlı danışarkən deyib.
“Anam oraya çatana qədər bacımın qızı məni görüntülü zənglə yığıb “xala, qorxuram, anam yerə yıxılıb” dedi. Kameranı bacıma tərəf çevirəndə gördüm ki, o, bir nöqtəyə baxır, həyatını itirib”, - deyə Ülkər Yaşarqızı bildirib.
Qeyd edək ki, mərhum Xalq artisti Yaşar Nurinin böyük qızı Ülviyyə Yaşarqızı noyabrın 15-də ürək çatışmazlığından vəfat edib.
Bakı 



