• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Vüqar Əhməd saxlanılıb? - Özündən açıqlama - YENİLƏNİB

CƏMİYYƏT

15 Dekabr 2025 | 19:42

Vüqar Əhməd saxlanılıb? - Özündən açıqlama - YENİLƏNİB

Bəzi media qurumlarında tanınmış şair, alim Vüqar Əhmədin saxlanılması ilə bağlı məlumat yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, Vüqar Əhməd bu barədə "Unikal"a açıqlamasında yayılan xəbəri təkzib edib. 

"Mənim imicimə toxunmaq üçün yalan məlumat yayıblar. Həkimdə olmuşam, sonra telefonumu düzəltdirmişəm. Belə şey qətiyyən olmayıb, ola da bilməz. Vüqar Əhmədi kim saxlaya bilər ki?!"

V.Əhməd xəbərin AMEA-da çalışan iş yoldaşı tərəfindən təsdiq olunması məsələsinə də münasibət bildirib: "Aygün yalan deyib, belə bir şey olmayıb, qurmadır". 

 

***19:03

Tanınmış, nəğməkar şair Vüqar Əhmədin saxlanıldığı bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Manset.az məlumat yayıb.

Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. 

Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib. 

“Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.

 


SON XƏBƏRLƏR