Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov günün sonuna qədər Kiyev və Moskvanı sülhə yaxınlaşdıra biləcək razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu fikirləri Berlində keçirilən bugünkü danışıqları şərh edərkən "X"dəki paylaşımında yazıb.
Onun sözlərinə görə, son iki gündə Ukrayna-ABŞ danışıqları konstruktiv və məhsuldar atmosferdə keçib ki, bu da konkret nəticələr əldə etməyə imkan verib.
"Ümid edirik ki, günün sonuna qədər bizi sülhə yaxınlaşdıracaq bir razılaşmaya nail ola biləcəyik", – Umerov vurğulayıb.
O həmçinin qeyd edib ki, Stiv Uitkoff və Cared Kuşnerin rəhbərlik etdiyi Amerika komandası son dərəcə konstruktiv fəaliyyət göstərir və davamlı sülh sazişinə aparan yolun tapılmasına kömək edir. Ukrayna tərəfi ABŞ prezidenti Donald Trampa və onun komandasına göstərdikləri səylərə görə təşəkkürünü ifadə edib.
Bakı 



