ABŞ Dövlət Departamenti Almaniyaya 3,5 milyard dollar dəyərində "Standard Missile 6 Block I" və "Standard Missile 2 Block IIIC" raketlərinin, eləcə də müvafiq avadanlıqların satışını təsdiqləyib.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə Pentaqon bəyanat yayıb.
Departament bildirib ki, Berlin ümumilikdə 173 ədəd "Standard Missile 6 Block I" raketi və 577 ədədə qədər "Standard Missile 2 Block IIIC" raketi almaq niyyətindədir.
Gülşən Şərif
Bakı 



