• Bakı C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası keçiriləcək

DÜNYA

15 Dekabr 2025 | 16:34

Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası keçiriləcək

Bu gün Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının iclası keçiriləcək. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər veri ki, iclasa Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas sədrlik edəcək.

Avropa İttifaqının rəsmi internet saytında yayımlanan məlumata görə, xarici işlər nazirləri Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi aqressiyanı müzakirə edəcəklər. İclasdan əvvəl nazirlər Ukraynanın xarici işlər naziri Andrey Sibiga ilə videokonfrans vasitəsilə fikir mübadiləsi aparacaqlar.

Şura üzvləri həmçinin Yaxın Şərqdə mövcud vəziyyəti son hadisələr fonunda nəzərdən keçirəcəklər.

Xarici İşlər Şurasının iclasında Çin məsələsi də gündəmdə olacaq və nazirlər Avropa İttifaqı ilə Çin arasında münasibətlər barədə mövqelərini bölüşəcəklər.

Gülşən Şərif


SON XƏBƏRLƏR