• Bakı C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

ABŞ İŞİD-ə qarşı mübarizədə Suriya ilə əməkdaşlığı dərinləşdirəcək

DÜNYA

15 Dekabr 2025 | 15:03

ABŞ İŞİD-ə qarşı mübarizədə Suriya ilə əməkdaşlığı dərinləşdirəcək

Palmirada Amerika əsgərlərinin ölümündən sonra ABŞ İŞİD terror qruplaşmasına qarşı mübarizədə mövcud Suriya hökuməti ilə tərəfdaşlıq strategiyasından imtina etməyəcək, əksinə birgə səyləri gücləndirəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Suriya üzrə xüsusi elçisi və ABŞ-nin Türkiyədəki səfiri Tom Barak bildirib.

"Strategiyamız ABŞ-nin məhdud əməliyyat dəstəyi ilə Suriyadakı tərəfdaşlarına İŞİD şəbəkələrini izləməyə kömək etməkdir. Bu yanaşma mübarizəni yerli qüvvələrin məsuliyyətində saxlayır, ABŞ-nin iştirakını məhdudlaşdırır və Yaxın Şərqdə daha bir genişmiqyaslı müharibənin qarşısını almağa kömək edir. Son hücum bu strategiyanı ləğv etmir: əksinə, onu gücləndirir", - deyə Barak "X"də yazıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR