Ukrayna hakimiyyəti müəyyən şərtlər daxilində 100 gün ərzində seçkilərin keçirilməsinə və NATO üzvlüyündən imtina etməyə razılaşmağa hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin mənbələri qeyd edib ki, Ukrayna müəyyən şərtlər daxilində ABŞ-nin seçkilər keçirmək və NATO üzvlüyündən imtina etmək planının hər iki bəndini qəbul etməyə hazırdır.
Bundan əlavə, iddialara görə, Kiyev də mövcud təmas xəttini "dondurmağa" hazırdır, lakin qoşunlarını bütün Donbasdan çıxarmaqdan imtina edib.
Bakı 



