Çexiyanın Baş naziri Andrey Babiş Ukraynada tezliklə sülhün əldə edilməsinə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, o bu açıqlamanı bazar ertəsi günü respublikanın Baş naziri təyin olunduqdan sonra hökumətinin ilk mətbuat konfransında verib.
Babiş bildirib: "Milad yaxınlaşır və nəhayət atəşkəs razılaşması əldə olunsaydı, əla olardı" .
O qeyd edib ki, Avropa və münaqişədə iştirak edən bütün tərəflər yalnız müharibədən deyil, sülhdən danışmağa başlamalıdırlar.
Baş nazir Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı sualı da cavablandırıb: "Bəli, əlbəttə ki, Ukraynanın humanitar yardıma ehtiyacı var".
Əli Hüseynov
Bakı 



