ABŞ prezidenti Donald Tramp martın sonu və ya aprelin əvvəlində Çinə planlaşdırılan səfərinin İrana qarşı hərbi əməliyyat səbəbindən təxirə salına biləcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
Tramp hazırda bunun üzərində işlədiklərini deyib:
"Bunu Çinlə müzakirə edirik. Çinə səfər etməyi çox istərdim. Amma müharibə səbəbindən burada olmaq istəyirəm; düşünürəm ki, burada olmalıyam".
"Ona görə də səfərin təxminən bir ay təxirə salınmasını xahiş etdik", - Donald Tramp əlavə edib.
Bakı 


jpeg-1773711149.jpeg)

