• Bakı C

    6.73 m/s

  • USD - 1.7

    EUR - 1.9453

    RUB - 2.1208

"Allahın ipi"ndən möhkəm yapışmalıyıq- Ərdoğan 

DÜNYA

17 Mart 2026 | 05:22

Allahın ipindən möhkəm yapışmalıyıq- Ərdoğan 

İslam dünyası həmrəy olmalıdır. Xüsusilə hazırkı kritik dövrdə sağlam düşüncəyə üstünlük verilməli, müsəlmanlar sülh və dinclik içində birgə həyat mühitini qurmalıdırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Qədr gecəsi münasibətilə təşkil olunan proqramda bildirib.

Ölkə başçısının sözlərinə görə, əgər İslam dünyası “çirkli və qanlı ssenarilərin” yenidən səhnələşdirilməsinə icazə versə, nəticələr ağır olacaq.

“Rəqabət və fikir ayrılıqları müsəlmanları zəiflətməməlidir. Əsrlər boyu davam edən mübahisələri kənara qoymalı, “Allahın ipindən” möhkəm yapışmalı, bir-birimizi dəstəkləməli və yaralara birgə məlhəm olmalıyıq”, – deyə Prezident Ərdoğan vurğulayıb.


SON XƏBƏRLƏR

16 Mart 2026