Pakistanın Əfqanıstanın paytaxtı Kabilə hava hücumları nəticəsində ölənlərin sayı 400-ə çatıb, azı 250 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TOLO News” Əfqanıstan hökumət sözçüsünün köməkçisi Həmdullah Fitrata istinadən məlumat yayıb.
Əfqanıstan hökuməti hücumun narkotik reabilitasiya mərkəzini hədəf aldığını açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Pakistanın Kabildəki hava hücumları nəticəsində 250-dən çox insanın həlak olduğu, 400-dən çox insanın yaralandığı bildirilirdi.
***
06:12
Pakistan silahlı qüvvələri Əfqanıstanın paytaxtı Kabildə və Nəngərhar əyalətində hərbi hədəflərə zərbələr endirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Yayım Nazirliyinin məlumatında bildirilib.
“16 mart gecəsi Pakistan hərbi obyektlərə və terrorçuları dəstəkləyən infrastrukturlara, o cümlədən texniki avadanlıq və sursat anbarlarına dəqiq zərbələr endirib”, – deyə departament əlavə edib.
Zərbələrdən sonra baş verən sursat partlaması hərbi obyektə hücum edildiyini təsdiqləyir.
















