• Bakı 15° C

    2.64 m/s

"Dünya çempionu olsaq, saçımı kəsdirərəm" - Kukurelya

İDMAN

15 Noyabr 2025 | 15:09 | Müəllif: Subhan Mahmudov

"Dünya çempionu olsaq, saçımı kəsdirərəm" - Kukurelya

İspaniya millisinin və "Çelsi" klubunun futbolçusu Mark Kukurelya DÇ-2026 barədə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, 27 yaşlı müdafiəçi dünya çempionu olacaqları təqdirdə imicini dəyişəcəyini deyib:

"Biz mundialı qazana bilərik. Amma bu barədə çox yüksək səslə danışmazdım. Çünki bəzən hər şey əksinə olur. Qırmızı saç boyası mənə uğur gətirdi. Dünya çempionu olsaq, saçımın rəngini dəyişərdim. Amma bəlkə saçımı kəsdirərəm. Tutaq ki, başımı qırxdırardım".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026