• Bakı 21° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Məşhur amerikalı güləşçi peşəkar karyerasını başa vurub

İDMAN

14 Dekabr 2025 | 11:56 | Müəllif: Əli Hüseynov

Məşhur amerikalı güləşçi peşəkar karyerasını başa vurub

Məşhur amerikalı güləşçi Con Sina peşəkar karyerasını başa vurub. 

Bakıvaxtı.az xəbər verir ki, 48 yaşlı idmançı dekabrın 14-nə keçən gecə "World Wrestling Entertainment" (WWE) promouşenində son döyüşünü keçirib.

ABŞ-nin paytaxtı Vaşinqtonda "Kepital Uan-Arena"da baş tutan "WWE Saturday Night's Main Event XLII" turnirində rəqibi Qunterə boğma fəndi ilə məğlub olduqdan sonra Sina idman ayaqqabılarını çıxrarıb rinqin mərkəzinə qoyaraq karyerasını bitirdiyini elan edib.

Qeyd edək ki, C.Sina peşəkar güləşçi olmaqla yanaşı, həmçinin aktyor kimi filmlərdə də rol alıb. O, WWE-də 2002-ci ildə debüt edib. Karyerası ərzində WWE promouşenində 17 titul qazanmış güləşçi bu göstəricidə mütləq rekordçudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026