• Bakı C

    4.66 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Karateçilərimizdən dünya çempionatında UĞUR

İDMAN

14 Dekabr 2025 | 15:18

Karateçilərimizdən dünya çempionatında UĞUR

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatı başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, dünya çempionatında Azərbaycan milli komandası 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlik heyətlə təmsil olunub. Milli komandaya Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev rəhbərlik ediblər.

Yarışın yekun nəticələrinə əsasən, Azərbaycan karateçiləri müxtəlif yaş və çəki dərəcələrində medal qazanıblar. Cavid Kazımlı (16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medala layiq görülüblər. Rəhman Yusubov (14-15 yaş, -75 kq) gümüş medal əldə edib. Vaqif Bəndəliyev (16-17 yaş, -70 kq) və Toğrul Orucov (12-13 yaş, -60 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatında həm fərdi, həm də komanda çıxışları ilə ölkəmizi layiqincə təmsil edib və kyokuşin karate üzrə beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə töhfə verib.


SON XƏBƏRLƏR

13 Dekabr 2025