"Karvan-Yevlax" müqavilə ilə "Sabah"a məxsus yarımmüdafiəçi Rauf Rüstəmlini mövsümün sonunadək icarəyə götürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah", "Şamaxı" və "Sumqayıt" klublarında forma geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19, U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.
Bakı 




