• Bakı C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

Qurbanov Qara Qarayevin yeni təyinatından danışdı

İDMAN

13 Yanvar 2026 | 14:44

Qurbanov Qara Qarayevin yeni təyinatından danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçmiş futbolçusu Qara Qarayevin Azərbaycanın U-21 millisinin məşqçi vəzifəsinə təyinatına münasibət bildirib.

Bakıvaxtı.az Qol.az-a istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, 33 yaşlı Qaranın məşqçi kimi faydalı olacağına inanır:

“Qara Qarayev U-21 millimizə ancaq faydalı ola bilər. Başqa cür düşünməyə heç ehtiyac da yoxdur. Çünki məşqçiliyə tez başlaması gələcəkdə onun özünə, karyerasına daha faydalı ola bilər”.

Qeyd edək ki, Q.Qarayev özü hələlik karyerasını başa vurduğunu açıqlamayıb.

Xatırladaq ki, Azərbaycan yığmasının və “Qarabağ”ın sabiq futbolçusu U-21 millimizdə analitik vəzifəsinə təyin olunub. Onun son klubu bir neçə gün əvvəl ayrıldığı “Araz-Naxçıvan” olub.


SON XƏBƏRLƏR