• Bakı 15° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Sevgilisinin kartından yemək sifariş etdi, məhkəməlik oldu

 

 

CƏMİYYƏT

15 Noyabr 2025 | 11:41

Sevgilisinin kartından yemək sifariş etdi, məhkəməlik oldu  

Sevgilisinin bank kartından yemək sifariş verən kişi məhkəməlik olub.

Bakıvaxtı.az "Teleqraf"a istinadla xəbər bildirir ki, hadisə Bakının Əhməd Rəcəbli küçəsində yerləşən hotellərin birində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü X.Məmmədov sevgilisi N.Quliyeva ilə birgə istirahət zamanı onun bank kartından istifadə etməklə mobil tətbiqdən 210 manatlıq yemək sifariş edib.

Qadın gizli olaraq pul vəsaitinin oğurlanmasına görə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Sonda işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarına əsasən, 33 yaşlı X.Məmmədovun azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR

14 Noyabr 2025