• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Könül Vəlibəylinin qızı ilə bağlı vacib xəbər

CƏMİYYƏT

15 Dekabr 2025 | 09:59

Könül Vəlibəylinin qızı ilə bağlı vacib xəbər

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamova Yeni Klinikanın reanimasiya şöbəsindən palataya köçürülüb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Yeni Klinikanın Mətbuat xidmətindən məlumat verilib.

“2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni Klinikanın Terapiya şöbəsində müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti stabil orta ağır olaraq qiymətləndirilir. Xəstənin pulmonoloji və qastroenteroloji müalicə tədbirləri planlı şəkildə davam etdirilir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


SON XƏBƏRLƏR

02 Mart 2026