• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sabiq deputat yağışda yolda qaldı, avtobus gəlmədi

CƏMİYYƏT

13 Yanvar 2026 | 22:20 | Müəllif: Subhan Mahmudov

Sabiq deputat yağışda yolda qaldı, avtobus gəlmədi

Keçmiş millət vəkili, YAP-ın sabiq üzvü Gülər Əhmədova Bakıda ictimai nəqliyyatla bağlı narazılığını sosial şəbəkə hesabında paylaşıb.

Bakıvaxtı.az Bakupost.az-a istinadən məlumatına görə, o, statusunda qeyd edib ki, saat 19:39-da Müstəqillik (fərqləndirmə bizimdir) küçəsində avtobus gözlədiyi vaxt marşrut xətlərində problem yaranıb.

Əhmədovanın sözlərinə görə, həmin müddətdə 3 ədəd 9 nömrəli, 3 ədəd 7B nömrəli avtobus keçsə də, 10 nömrəli avtobus olmayıb. Yağışlı hava şəraitində uzun müddət gözləmək məcburiyyətində qaldığını bildirən sabiq deputat paylaşımını “Bu nə hikmətdir?” sözləri ilə yekunlaşdırıb.

Qeyd edək ki, Gülər Əhmədovanın bu statusu bir neçə məqam baxımından diqqət çəkir. Vaxtilə Yeni Azərbaycan Partiyasının üzvü olmuş və hakimiyyətin əsas təbliğatçılarından biri kimi tanınan sabiq deputatın ictimai nəqliyyatdan istifadə etməsi və mövcud vəziyyəti tənqid etməsi kifayət qədər maraqlı məsələdir.

Xatırladaq ki, Gülər Əhmədova keçmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev qalmaqalından sonra siyasi karyerasını bitirməyə məcbur olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026