Yasamal rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini uğurla həyata keçirib.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, çağırış ünvanında 1991-ci il təvvəllüdlü, 40 həftəlik hamilə olan (5-ci doğuşu) qadının doğuşu təcili tibbi yardım briqadasının nəzarəti altında baş tutub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.
Briqada tərəfindən ana və yenidoğulmuş körpəyə (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunub.
Yenidoğulmuş oğlan körpənin çəkisi 3 kq 300 qram, boyu 51 sm-dir. Ana və körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Bakı 




