• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan millisinin Özbəkistanla matçının başlama saatı dəyişdirilib

İDMAN

15 Noyabr 2025 | 10:50 | Müəllif: Zeynəb Rzayeva

Azərbaycan millisinin Özbəkistanla matçının başlama saatı dəyişdirilib

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin VI İslam Həmrəyliyi Oyunlarında Özbəkistanla matçının başlama saatı dəyişdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Həndbol Federasiyasının mətbuat xidmətindən bildirilib.

"Green Hall" Olimpiya Kompleksində təşkil olunacaq görüş əvvəldən nəzərdə tutulduğu kimi bu gün Bakı vaxtı ilə saat 17:00-da deyil, 15:00-da start götürəcək.

Qeyd edək ki, milli B qrupunda Qazaxıstan və Özbəkistan komandaları ilə mübarizə aparacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026