• Bakı 19° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Vens: Trampla Putin arasında danışıqlar zəruridir

DÜNYA

15 Noyabr 2025 | 16:31 | Müəllif: Gülşən Şərif

Vens: Trampla Putin arasında danışıqlar zəruridir

Ukraynadakı münaqişənin həlli üçün Trampla Putin arasında danışıqlar zəruridir.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli üçün diplomatiya lazımdır. Ona görə də ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında dialoq zəruri alətdir:

"Bir çox insanlar prezidenti Putinlə ünsiyyətə görə tənqid edir. Amma sülhə nail olmaq üçün insanlarla danışmaq lazımdır. Tramp münaqişələrin sabitliyi pozan təsirini başa düşür və buna görə də diqqətini sülhün əldə edilməsinə yönəldir".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026