• Bakı C

    11.27 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Mərakeşdə daşqın: Ölənlərin sayı artır - YENİLƏNİB

DÜNYA

15 Dekabr 2025 | 08:46

Mərakeşdə daşqın: Ölənlərin sayı artır - YENİLƏNİB

Mərakeşin qərbindəki Safi vilayətində daşqın nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə MEDI1TV yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Təxminən 70 ev və mağaza su altında qalıb, avtomobilləri su aparıb, yollar ziyan çəkib.

***

08:36

Mərakeşdə daşqın insan tələfatına səbəb olub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir kİ. daşqın ölkəbub qərbindəki Safi əyalətində qeydə alınıb.

Məlumata görə, daşqın nəticəsində 14 nəfər ölüb, 32 nəfər yaralanıb.

Xatırladaq ki, ötən gün Atlantik okeanı sahilində yerləşən Safi şəhərinə güclü yağış yağıb. Bölgədə xilasetmə əməliyyatları və itkin düşmüş şəxslərin axtarışı davam edir.


SON XƏBƏRLƏR

14 Dekabr 2025