• Bakı 13° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Bu ölkədə güclü qasırğa: fövqəladə vəziyyət elan edildi

DÜNYA

15 Noyabr 2025 | 22:23

Bu ölkədə güclü qasırğa: fövqəladə vəziyyət elan edildi

Uelsin cənub-şərqində yerləşən Monmut şəhərində “Klaudiya” qasırğasının yaratdığı güclü və genişmiqyaslı daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, qərarın verilməsindən sonra xilasedicilər evakuasiya, xilasetmə əməliyyatları və sakinlərlə bağlı təhlükəsizlik yoxlamaları aparırlar. Böyük Britaniyada həftəsonu yağışlı hava şəraitinin davam edəcəyi, gələn həftə isə kəskin soyuq havanın gözlənildiyi bildirilir. İngiltərə üzrə təxminən 50 daşqın xəbərdarlığı, Uels üzrə isə 9 xəbərdarlıq qüvvədədir.

Monnou çayının daşması nəticəsində Monmut şəhər mərkəzində bir çox ev və iş yeri su altında qalıb. Yerli sakinlərin bir hissəsi həyat üçün təhlükə xəbərdarlıqları fonunda şəhər kitabxanasına təxliyə edilib.


SON XƏBƏRLƏR

15 Noyabr 2025