Ağ Ev Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqların məhsuldar olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid ABŞ administrasiyasındakı mənbələrə istinad edərək "X" sosial şəbəkəsində yazıb.
"Bazar ertəsi ABŞ Prezidenti Donald Trampın müşavirləri ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüş məhsuldar olub", - o qeyd edib.
***18:13
Berlində Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında danışıqların ikinci raundu başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KİV mənbəyə istinadən məlumat yayıb.
Bu raund dekabrın 15-də başlayıb və iki saatdan çox davam edib. Danışıqlarda Ukrayna tərəfdən Zelenski ilə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Andrey Qnatov iştirak ediblər.
Bakı 



