• Bakı 15° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Prezident İlham Əliyev: Azərbaycan Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir

SİYASƏT

15 Noyabr 2025 | 11:34

Prezident İlham Əliyev: Azərbaycan Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir

Azərbaycan ilə Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı təbrik məktubunda bildirilib.

    "Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitinin nəticələrinin regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verəcəyinə ümidimi ifadə edirəm", - Azərbaycan dövlət başçısı qeyd edib.


    SON XƏBƏRLƏR

    14 Noyabr 2025