• Bakı 15° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Neftimizin qiyməti 68 dollara yaxınlaşır

İQTİSADİYYAT

15 Noyabr 2025 | 10:42

Neftimizin qiyməti 68 dollara yaxınlaşır

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dollar artıb.

Bakıvaxtı.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dolları, yaxud 2,5 % artaraq 67,94 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 


SON XƏBƏRLƏR

14 Noyabr 2025