• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq

İQTİSADİYYAT

13 Dekabr 2025 | 09:15

UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2025/2026-cı illər mövsümündə Avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) 5,55 milyon avro ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, vəsait sonda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi mərhələlərini buraxan yüksək divizion klubları arasında bərabər bölüşdürüləcək.

Ödəniş məbləği iki hissədən ibarətdir: 70 faiz ölkənin UEFA reytinqindəki mövqeyi ilə müəyyən edilir (Azərbaycan 26-cı yerdədir - red.), digər 30 faiz isə klubun Avrokubok yarışlarından əldə etdiyi gəlirlə mütənasibdir ki, bu da həmin milli təşkilatı təmsil edən klublar arasında ən yüksək göstəricidir.

Top-5-dən kənar assosiasiyalar arasında ən çox vəsaiti - 6,25 milyon avronu niderlandlılar alacaqlar. İlk beş ölkə (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 10 milyon avro alacaq.

Qeyd edək ki, Azərbaycanı bu mövsüm Avropa yarışlarında Ağdamın "Qarabağ" klubu təmsil edir. Çempionlar Liqasının altı turundan sonra Ağdam turnir cədvəlində 22-ci yerdədir. Komanda növbəti oyununu yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasına qarşı keçirəcək.

 


SON XƏBƏRLƏR

12 Dekabr 2025