• Bakı 10° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Neft ucuzlaşıb

İQTİSADİYYAT

13 Dekabr 2025 | 09:30 | Müəllif: Zeynəb Rzayeva

Neft ucuzlaşıb

Neft qiymətləri qlobal risk əhval-ruhiyyəsi fonunda enib. 

Bakıvaxtı.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı xam neftinin 2026-cı ilin yanvar kontraktının qiyməti 0,28% azalaraq 57,44 ABŞ dollarına enib. 

    London ICE birjasında Brent markalı neftin 2026-cı ilin fevral kontraktınım qiyməti isə 0,26% azalaraq 61,12 ABŞ dolları səviyyəsində qərarlaşıb.

    Analitiklərin fikrincə, neft qiymətlərindəki eniş qlobal fond bazarlarında riskdən yayınma meyillərinin güclənməsi, tələb perspektivləri ilə bağlı ehtiyatlı gözləntilər və təklifin kifayət qədər yüksək qalacağına dair bazar qiymətləndirmələri ilə əlaqədardır. Eyni zamanda, ABŞ-də pul-kredit siyasətinin sərt qalacağına dair gözləntilər dolların möhkəmlənməsinə şərait yaradaraq neft bazarına əlavə təzyiq göstərib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Noyabr 2026