• Bakı 11° C

    9.06 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 % artıb

İQTİSADİYYAT

13 Dekabr 2025 | 14:12

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 233,4 milyon manat olub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 9 milyard 975,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4 %-ini təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 1 292 manatlıq və ya 2024-cü ilin eyni dövrüı ilə müqayisədə nominal ifadədə 175,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


SON XƏBƏRLƏR

12 Dekabr 2025