• Bakı 10° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Problemli kreditlərin həcmi ARTIB

İQTİSADİYYAT

12 Dekabr 2025 | 15:52

Problemli kreditlərin həcmi ARTIB

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən Mərkəzi Bankın məlumatlarına əsasən bildirilib ki, 2025-ci il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 31169,4 milyon manat təşkil edib.

Onun 25701,7 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib. Bu isə 544,8 milyon manat deməkdir. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 2024-cü illə müqayisədə 113,5 faiz təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2025-ci il noyabr ayının 1-nə 15907,1 milyon manat olub.

2025-ci ilin yanvar-noyabr aylarında milli valyutanın  1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata,  1 Avroya - 1,91 manata, 100 Türk lirəsinə - 4,35 manata,  100 Rusiya rubluna - 2,03 manata bərabər olub.


SON XƏBƏRLƏR